28 sentyabr 2012 00:14
Xəzər Lənkəranın sabiq üzvü Yunanıstan klubunda
“Xəzər Lənkəran”ın sabiq futbolçusu İbrahim Banqura özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, bundan sonra o, karyerasını “İraklis”də davam etdirəcək.
Artıq o, yeni komandası ilə müqavilə də bağlayıb. Qvineya yığmasında 22 oyun keçirmiş cinah müdafiəçisi Yunanıstan təmsilçisində mövsümün sonuna qədər çıxış edəcək.
Qeyd edək ki, bu futbolçu “Xəzər Lənkəran”a ötən ilin fevral ayında transfer olunmuşdu. Amma Banquranın Azərbaycan karyerası uğurlu alınmadığından o, Mali çempionatına üz tutmuşdu. Hansı ki, Banqura bu ölkənin “Joliba” komandasıyla çempion adını qazanıb.
