28 sentyabr 2012 00:02

Rail Məlikov: Bu, məşqçilər korpusunun qərarı ilə bağlı idi

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikov ötən gün keçirilən Türkiyə Kubokunun ikinci mərhələsi çərçivəsindəki “Denizlispor” – “Dardanelspor” matçında iştirak etməməsinin səbəbini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“Bu, məşqçilər korpusunun qərarı ilə bağlıdı. Onlar əsas heyətin 90 faiz üzvünə bu görüşdə istirahət vermək qərarına gəlmişdilər. Ona görə də biz bu gün səhər məşq etdik. Komandanın aparıcı futbolçuları hazırda çempionatın növbəti turunun “Göztepe” ilə daha vacib oyununa hazırlaşır”.

Qeyd edək ki, Railin komandası kubok görüşünü doğma meydanda keçirsə də, özündən zəif rəqibinə 1:2 hesabıyla uduzub. Görünür, bu turnirdə ciddi uğur qazana bilməyəcəyinə əmin olan “Denizlispor” rəhbərliyi bilərəkdən kuboku çempionata qurban vermək qərarına gəlib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.