27 sentyabr 2012 11:18
Edin Nuredinoski: Neftçi İnterdən ən azı bir xal ala bilər
“Bakı”nın qapıçısı Edin Nuredinoski azerisport.az saytına müsahibəsində komandasının yeni mövsümdə sərgilədiyi oyundan, eləcə də ölkə çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki şanslarından danışıb.
- “Sumqayıt”la növbəti oyuna necə hazırlaşırsız?
- Düzünü deyim ki, biz “Xəzər Lənkəran”la oynayacağımızı gözləyirdik. Amma həmin qarşılaşma təxirə düşdü. “Bakı” hələ inamlı oyun sərgiləmir. Ona görə də artıq xal itirmək istəmirik. “Sumqayıt”la oyun bizim üçün bir şansdı. Bizə ancaq qələbə lazımdı.

- Bu komandanın “Neftçi” ilə oyununu izləmisiz?
- Təəssüf ki, yox. Amma baxmağa hazırlaşıram. Futbolda hər şey mümkündü. Əgər onlar “Neftçi”yə qalib gəldilərsə, deməli, buna layiqdilər. Ola bilsin ki, “Neftçi”nin futbolçuları daha çox Avropa Liqasını düşünürlər.

- Qorxmursuz ki, bu komanda “Bakı”nı da büdrədə bilər?
- Əminəm ki, “Sumqayıt” bizimlə görüşdə də qələbəyə oynayacaq. Amma biz növbəti sensasiyaya imkan vermək istəmirik. Düzdü, bu, futboldu, məğlubiyyətdən, xal itkisindən heç kim sığortalanmayıb. “Sumqayıt”ın futbolçularının itiriləsi heç nəyi yoxdu. Ona görə də onlar meydanda özlərini daha rahat hiss edirlər. Bizi isə ancaq qələbə qane edir.

- Dörd oyuna 6 xal sizi qane edir?
- Komanda da yeni mövsümdəki nəticələrdən narazıdı. Futbolçular meydanda daha çox güc qoymalıdılar. Komandada sonuncu zərbə alınmır. Geridə qalan görüşlərin heç birində öz oyunumumuzu göstərə bilməmişik. Buraxdığımız səhvləri bir daha təkrarlamamalıyıq.
- Siz “Simurq”la AZAL-ın indiki liderliyinə təəccüblənmirsiz?
- Mən bilirdim ki, Azərbaycan çempionatının favoritləri “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran”, “İnter” və digərləridi. Amma indi liderlər qrupunda AZAL-la “Simurq”u görürük. Hər halda buna təəccüblənmirəm. Hər iki komanda gözəl futbol sərgiləyir. Görünür, favoritlər hələ ideal formadan uzaqdılar.

- “Neftçi”nin “Partizan”la oyununa baxdınız?
- Bəli. Deməliyəm ki, “Neftçi” Avropa Liqasının qrup mərhələsinə düşməklə böyük iş gördü. Klubun və futbolçuların səviyyəsi çox şeydən xəbər verir. Özü də “neftçilər” Avroliqanın debütantıdılar. Serbiyadakı heç-heçə də oyuna görə oldu. İndi əvvəlki uğurları unudub tam olaraq Milan “İnter”i ilə oyuna köklənmək lazımdı.

- “Neftçi”nin bu oyundakı şanslarını necə qiymətləndirirsiz?
- Hesab edirəm ki, “Neftçi” qələbəyə oynayacaq. “İnter” favorit olsa da, “Neftçi” ən azı bir xal qazana bilər.