27 sentyabr 2012 11:36
Uesli Sneyder Neftçi ilə oyunu buraxa bilər
İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Uesli Sneyder Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyunu buraxa bilər. Azerisport.az xəbər verir ki, buna onun A Seriyasının son turunda zədələnməsi səbəb olub.
Belə ki, ötən gün keçirilən “Chievo” ilə səfər matçının 26-cı dəqiqəsində hollandiyalı futbolçu zədələnərəkə meydanı tərk etməli olub. Həkimlərin ilkin rəyinə görə futbolçu ən azı 10 gün bərpa prosesi keçəcək. Belədə onun “Neftçi” ilə səfər matçını buraxması istisna deyil.
Qeyd edək ki, “Neftçi” – “İnter” matçı oktyabrın 4-də Bakıda keçiriləcək.
