28 sentyabr 2012 00:06
“Azərbaycanda özümü lider kimi hiss edirəm”
“Simurq”un yarımmüdafiəçisi Marçin Burhard müsahibəsində Zaqatala klubuna keçidindən, komandasının çıxışından danışıb, eləcə də Azərbaycan və Polşa çempionatlarını müqayisə edib.
- Siz Azərbaycanda “kral”sınız?
- (gülür) Xeyr. Azərbaycan çempionatında ulduz olub-olmamağımın əhəmiyyəti yoxdu. Məın sadəcə öz işimi görürəm. Amma ilk dəfədi ki, komandamın ən məhsuldar futbolçusu olmaqdayam. Burda üç dəfə fərqlənmişəm. İki dəfə qol ötürməsi etmişəm. Fikrimcə, pis balans deyil. Ümid edirəm ki, belə də davam edəcəyəm. Ola bilər ki, daha yaxşısına da nail olum. Bizim üçün mövsüm çox yaxşı başlayıb. Komandamız ötən mövsümlə müqayisədə çox dəyişib. Yayda komandaya 9-10 yeni futbolçu gəlib. Biz indi çox yaxşı formadayıq.

- Ayın 25-də sizin ad gününüzü idi və siz həmin gün keçirilən “Kəpəz”lə matçda bu əlamətdar olayı vurduğunuz qolla qeyd etdiniz...
- Bəli, həqiqətən də mənim 29 yaşım tamam oldu. Amma məndə ad günümdə qol vurmaq əvvəllər də alınmışdı. Görünür, həmin gün mənim üçün çox uğurludu.
- Təəssüf ki, ad günü hər il bir dəfə olur...
- Həqiqətən (gülür).
- Azərbaycan mətbuatı “Simurq”la yanaşı sizi də çox tərifləyir, texnikanızın, qol duyumunuzun yaxşı olduğunu yazır...
- Mən bu baxımdan heç vaxt problemlə üzləşməmişəm. Düzdü, bəzən aldığım zədələr mənə problemlər yaradır. Amma ümid edirəm ki, bundan sonra zədə məni sakit buraxacaq və bütün oyunlarda çıxış edə biləcəyəm.
- Özünüzü “Simurq”un lideri hesab etmirsiz?
- Mən Azərbaycanda özümü elə hiss edirəm. Baş məşqçimiz Georgi Çixradze mənə böyük əminlik qazandırıb. Belə dəstək futbolçuya çox kömək edir. Əksər oyunlarda əvvəldən axıra qədər meydanda olmağım da fiziki cəhətdən problemimin olmamasından xəbər verir.

- Azərbaycan çempionatı Polşa birinciliyindən çox geri qalır?
- Belə ancaq Polşada hesab edirlər. Amma onlar yanlış düşünürlər. Azərbaycan çempionatı Polşa birinciliyinə azacıq fərqlə uduzur. Polşada məşqçilər əsasən taktika mübarizəsinə, müdafiə futboluna üstünlük verirlər. Burda isə açıq futbola üstünlük verirlər, futbolçulara bütün meydan boyu qaçmaq, işləmək lazım gəlir. Burda futbolçudan daha çox şey tələb olunur, nəinki Polşada. Etiraf edim ki, hələ “Simurq”dakı kimi ağır məşqlər keçməmişdim. Bu yaxınlarda Tiflisdə təlim-məşq toplanışında olduq. Məşqlərdən sonra otelə güclə gedib çıxırdıq. Azərbaycanlı futbolçular çox cəsarətlə mübarizə aparırlar. Amma onlarda texnika baxımından çatışmazlıqlar diqqət çəkir. Legionerlər də bu problemi aradan qaldırmaq üçün dəvət olunurlar.

- Deyirsiz ki, Azərbaycan çempionatı azacıq zəifdi. Elə isə son çempion “Slensk” ilə “Simurq” 10 oyun keçirsə, komandanız neçəsində qələbə qazanardı?
- Fikrimcə, biz onlardan heç nədə geri qalmırıq. Özü də diqqət yetirsəz, görərsiz ki, son Azərbaycan çempionu “Neftçi” də hazırda Avropa Liqasının qrup mərhələsində çıxış edir. Onlar artıq səfərdə Serbiya “Partizan”ından da xal alıblar. Baxmayaraq ki, hazırda turnir cədvəlində bizdən geridədilər.

- Bəs “Simurq” Polşa çempionatında neçənci yer uğrunda mübarizə aparardı?
- Bunu dəqiq söyləmək çətindi. Çünki cəmi altı oyun keçirmişik. Komandamız hələ inkişaf edir. Biz daha da güclü ola bilərik. Komandamızın əsl gücünü dekabrd görə biləcəksiz.

- Zaqatalada yaşayışınız necədi?
- Bu şəhər başdan-ayağa ekzotikadı. Gürcüstanla sərhəddən azacıq aralıdı. Burda təxminən 70 min insan yaşayır. Amma Bakı daha çox xoşuma gəldi. Bu, son dövrlərdə gördüyüm ən gözəl şəhərlərdən biridi. Bu şəhərlər arasında 400 km məsafə olsa da, aviareyslərlə 45 dəqiqəyə qət edilməsi mümkündü.

- Şəraitiniz yaxşıdı?
- Biz kurort otelində yaşayırıq. Gözəl şəraiti var. Ona görə də burda oyunlara köklənmək asan olur. Amma etiraf edim ki, böyük şəhərlərdə yaşamağa alışmış adam üçün Zaqatalada uzun müddətli perspektiv üçün yaşamaq çox çətindi.