27 sentyabr 2012 12:44

Qəbələ Fenerbahçe ilə də sülh bağladı (FOTOLAR)

İstanbulda təlim-məşq toplanışında olan “Qəbələ”nin 16 yaşa qədər futbolçulardan ibarət komandası qardaş ölkədə ikinci yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, bu dəfə təmsilçimizin rəqibi Türkiyənin ən tanınmış klublarından sayılan “Fenerbahçe” olub. 
 
Dərəağzı Təsislərində baş tutan matçın ilk hissəsi bərabər mübarizə şəraitində keçib. Tərəflərin qarşılıqlı hücumlarına baxmayaraq birinci yarıda hesab açılmayıb.
 
İkinci yarıya “Qəbələ” daha sürətli başlayıb. Lakin hücuma aludə olan komandamız əks-hücumda yaxalanıb və qapısında qol görüb. Hesabda geri olmasına baxmayaraq ruhdan düşməyən 16 yaşlılarımız hücumlarının kəsərini artırıblar. Bunun məntiq nəticəsi kimi “Fenerbahçe”nin qapısı önündə ardıcıl təhlükəli vəziyyətlər reallaşdırılıb. Öncə komandamızın kapitanı Romal Hüseynov diqqət mərkəzinə düşüb. O fərdi ustalıgı sayəsində müdafiə xəttini yarsa da, sonda zərbəsi qeyri-dəqiq alınıb. Ardından isə Fərid Əsədli əlverişli epizodu dəyərləndirə bilməyib. O, qapı önünə ötürülən topa başla toxunsa da, “meşin yuvarlaq” hədəfdən yan keçib. İstanbulluların müdafiə xəttini təzyiq altında saxlayan “Qəbələ”nin növbəti hesabı dəyişmək şansı Ülvi İskəndərovun ayağına yazılıb. Lakin o da qeyri-dəqiqliklə yadda qalıb. Matçın 80-ci dəqiqəsində “Qəbələ” nəhayət ki, öz istəyinə çatıb. Çingiz Hüseynovun ideal ötürməsini Coşqun Süleymanov qapıçının başı üzərindən tora göndərib – 1:1. Qarşılaşmanın qalan dəqiqələrində komandamızın daha bir neçə fərqlənmək imkanı olsa da, hesab dəyişməyib və “Qəbələ” İstanbuldakı ikinci yoxlama oyunundan da heç-heçə ilə ayrılıb. 
 
Xatırladaq ki, “Qəbələ” ilk oyunda “Beşiktaş”la sülh bağlamışdı – 2:2. Növbəti görüş sentyabrın 27-də baş tutacaq. Təmsilçimiz yenidən “Beşiktaş”la münasibətlərinə aydınlıq gətirəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.