27 sentyabr 2012 12:37
Neftçinin rəqibi 1/8 finala çıxdı
Serbiyanın “Partizan” klubu növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Belqrad klubu Serbiya Kubokunun 1/16 final mərhələsində “Proleter” ilə qarşılaşıb.
“Partizan” 4:1 hesablı qələbə qazanaraq 1/8 finala çıxıb. “Neftçi”nin rəqibinin heyətində Mitroviç dubl edib (3 və 38-ci dəqiqələrdə), Braşanaç (6) və Askovski (27) hərəyə bir qol vurub.
Qeyd edək ki, “Partizan” Avropa Liqasının qrup mərhələsində “Neftçi”nin rəqibidi.
