28 sentyabr 2012 12:55
Qarabağ Simurqla döyüşə tam hazırdı
“Qarabağ” Zaqatalaya yola düşüb. Azerisport.az xəbər verir ki, sabah Topaz Premyer Liqasının lideri “Simurq”la qarşılaşacaq ağdamlılar bu gün oyunun keçiriləcəyi Zaqatala şəhər stadionunda son məşqə çıxacaqlar.
“Qarabağ”ın məşqi 19:00-da baş tutacaq. Bununla da Qurban Qurbanovun komandası hazırlıqlarını başa vuracaq.
Qeyd edək ki, “Simurq” – “Qarabağ” oyunu sentyabrın 29-da keçiriləcək və saat 18:00-da başlayacaq.
