28 sentyabr 2012 13:08
UEFA: İnteri Bakıda asan gəzinti gözləmir
UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Neftçi” – “İnter” matçından danışıb. Azerisport.az xəbər verir ki, qitə futbol qurumunun əməkdaşları komandamızla oyunun Milan təmsilçisi üçün asan gəzinti xarakteri daşımayacağını bəyan edib:
“İnter” tarixində ilk dəfə Azərbaycana yollanacaq ki, H qrupu çərçivəsində “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirsin. Əgər Milan klubu iki qol vursa, o zaman avrokuboklarda 500-cü dəfə fərqlənməyin sevincini yaşamış olacaq. Bu görüş “neradzurra” üçün UEFA turnirlərində 339-cu oyun olacaq. Bu göstərici ilə “İnter” altıncı sırada qərarlaşıb. Amma vurulan qolların sayına görə milanlılar ümumi siyahıda 11-ci pillədədilər. Bakıdakı matç “İnter” üçün asan gəzinti olmayacaq. Azərbaycan çempionu bunu “Partizan”la səfər matçında nail olduğu qolsuz heç-heçə ilə də isbatladı”.

Qeyd edək ki, “Neftçi” – “İnter” matçı oktyabrın 4-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.