28 sentyabr 2012 13:25
UEFA prezidenti Bakıya gəlir
UEFA-nın prezidenti Mişel Platini Bakıya gələcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, o, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək final oyununu izləmək üçün ölkəmizə təşrif buyuracaq.
Xatırladaq ki, dünya çempionatının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və FIFA-nın prezidenti Yozef Blatter iştirak etmişdi.
