28 sentyabr 2012 13:32
Yığmamız bu gün açıq məşqə çıxacaq
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Sissi Raytın mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, eyni vaxtda yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi də baş tutacaq.
Qeyd edək ki, Sissi Raytın mətbuat konfransı saat 19:00-da, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da baş tutacaq. Yığmamızın məşqi isə saat 19:30-da keçiriləcək.
