28 sentyabr 2012 01:23

Fenerbahçe rəsmisi: Qəbələnin heyətində çox istedadlı futbolçular var

“Qəbələ” U-16 və “Fenerbahçe” U-16 (1:1) matçından sonra komanda rəsmiləri fikirlərini bölüşüblər. Azerisport.az xəbər verir ki, “Fenerbahçe” Futbol Akademiyasının direktoru Şenol Çorlu “Qəbələ”nin futbolun inkişafı istiqamətində gördüyü işləri dəyərləndirərək komandanın doğru yolda olduğunu söyləyib:
 
“Hər şeydən öncə qardaş ölkə təmsilçisini burada görməkdən çox məmnunuq. Fürsət düşən kimi biz də Azərbaycana gəlmək istəyirik. Bu gün gözəl oyun və gərgin mübarizənin şahidi olduq. “Qəbələ”nin heyətində çox istedadlı futbolçular var. İnfrastrukturun inkişafı istiqamətində Qəbələdə görülən işlərdən xəbərdarıq. Ötən mövsümün sonunda keçirdiyiniz beynəlxalq turnir haqqında xoş sözlər eşitmişik. Əminliklə deyə bilərəm ki, doğru yoldasınız”.
 
“Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı komandanın əvvəlki dövrlə müqayisədə təcrübə və oyun üslubu baxımından xeyli inkişaf etdiyini bildirib:
 
“1997-ci il təvəllüdlü futbolçulardan ibarət komandamız bir çox turnirlərdə və xarici səfərlərdə olub. Əvvəlki dövrdə futbolçularımız fiziki baxımdan rəqiblərindən geri qalırdılar. Lakin son iki oyunda – “Beşiktaş” və “Fenerbahçe” ilə matçlarda komandamız yüksək səviyyəli oyun nümayiş etdirdi. Futbolçularımız həm fiziki, həm də psixoloji baxımdan yaxşı mübarizə apardılar. Hesabda geri düşmələrinə baxmayaraq, oyunun tempini aşağı salmadılar və sona qədər “döyüşdülər”. Bütün bunlar düzgün yolda olduğumuzu sübut edir. Hələ ki, komandamız potensialının 40 faizini nümayiş etdirir. Potensialımızın 80-90 faizini nümayiş etdirəcəyimiz təqdirdə futbolçularımız həm “Qəbələ”nin əsas komandası, həm də Azərbaycan yığmasında çıxış üçün tam hazır olacaqlar”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.