28 sentyabr 2012 14:46

Massimo Moratti: O günlər artıq geridə qaldı

İtaliyanın “İnter” klubunun prezidenti Massimo Moratti yenidən rəhbərlik etdiyi komandanın maliyyə durumunun ağır vəziyyətdə olmasından danışıb. Azerisport.az xəbər verir ki, o, artıq bu çətinliklərdən çıxış yolu da fikirləşib:

“Klubun hazırkı durumu ilə əlaqədar daxili iclas keçirdik. Belə qərara gəldik ki, bu cür maliyyə problemlərindən yaxa qurtarmaq üçün aşağı yaş qruplarına önəm verən siyasətə keçək. Müəyyən istisnalar ola bilər. Amma klubumuzun maliyyə feyr-pleyinə uyğun büdcəyə sahib olması üçün siyasətimizdə dəyişikliklər etməyə məcburuq. Vaxtilə Kristian Vyeriyə ödədiyimiz kimi yüksək məbləğdə transferlər etməyəcəyik. O günlər artıq geridə qaldı. Daha çox aşağı yaş qruplarında yetişdirilən futbolçulara qucaq açmaq məcburiyyətindəyik”.
 
Komandasının indiki heyətinə və qarşıdakı “Fiorentina” ilə oyuna da toxunan Moratti daha sonra bunları söyləyib: “Önəmli olan heyətdəki oyunçuların istəkli bir şəkildə mübarizə aparmasıdı. Həmişə uğur gətirən hansısa bir taktiki sxem yoxdu. Əlimizdəki oyunçulara uyğun düzülüşü seçməli və onları yaxşı motivasiya etməliyik. Mənə görə “Fiorentina” bu mövsüm çempionatın ən yaxşı futbol oynayan komandasıdı. “Juventus” qarşısında çox yaxşı oynadılar. Bizə də çətin anlar yaşadacaqlar. Amma biz də əlimizdən gələni edəcəyik”.
 
Qeyd edək ki, "İnter" Avropa Liqasında Azərbaycan çempionu "Neftçi" ilə eyni qrupda yer alır. Milan təmsilçisi oktyabrın 4-də Bakıda "ağ-qaralar"ın qonağı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.