28 sentyabr 2012 14:12
Futbolçuya 12 aylıq cəza
İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Andre Santosun sürücülük vəsiqəsi yol polisləri tərəfindən əlindən alınıb. Azerisport.az xəbər verir ki, şəxsi avtomobiliylə saatda 234 km sürətlə hərəkət edən braziliyalı futbolçu bir il maşın sürməyəcək.
Qeyd edək ki, Santos Hendon Məhkəməsi tərəfindən diqqətsiz avtomobil idarə etməsi səbəbiylə bir il sürücülükdən azad edilib. O, həmçinin yol hərəkəti qaydalarını pozduğu üçün 3 min 600 sterlinq ödəniş etməli olacaq.
