28 sentyabr 2012 14:25
Milan İnteri Bakıya ciddi itki ilə gəlir
İtaliyanın “İnter” klubunun Bakıya ciddi itki ilə gələcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, milanlıların aparıcı futbolçusu Uesli Sneyderin “Neftçi”yə qarşı oynamayacağı dəqiqləşib.
Məlum olduğu kimi, hollandiyalı oyunçu A Seriyasının 5-ci turunda “Chievo” ilə matçın 26-cı dəqiqəsində zədələnmişdi. Bu üzdən o, bir müddət yaşıl meydanlardan kənarda qalacaq. O, ardıcıl olaraq “Fiorentina” (30 sentyabr), “Neftçi” (4 oktyabr) və “Milan” (7 oktyabr) matçlarını buraxmalı olacaq.
Qeyd edək ki, “Neftçi” – “İnter” matçı oktyabrın 4-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
