28 sentyabr 2012 15:07
AFFA lisenziyalaşdırma ilə bağlı klublarla görüş keçirdi (FOTOLAR)
Bu gün AFFA-nın inzibati binasında Topaz Premyer Liqası və birinci divizionda çıxış edən klubların nümayəndələri ilə 2013-2014-cü il lisenziyalaşdırma mövsümünə həsr olunmuş görüş keçirilib. Azerisport.az xəbər verir ki, lisenziyalaşdırma qrupunun rəhbər müavini İlqar Əliyev, Maliyyə və Kadr-İnzibati Meyarlar üzrə ekspert Bəhram Dadaşov və UEFA ilə əlaqələndirici Anar Kazımlının iştirak etdiyi görüşdə klublara qarşıdan gələn lisenziyalaşdırma mövsümü ilə bağlı ətraflı məlumat verilib, paket sənədlər təqdim olunub. Klub nümayəndələrinin diqqətinə həmçinin Maliyyə Feyr Pleyi ilə bağlı yeniliklər çatdırılıb, UEFA-nın bu məsələlərə xüsusi həssaslıqla yanaşdığı vurğulanıb.
