28 sentyabr 2012 15:35
Argentinalı hücumçu Neftçiyə qarşı oynaya biləcək
İtaliyanın “İnter” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı Bakıdakı oyun öncəsi şad xəbər alıb. Azerisport.az xəbər verir ki, komandanın aparıcı futbolçularından Uesli Sneyderin sıradan çıxdığı bir vaxtda Rodriqo Palasionun sıraya dönməsi məşqçilər korpusunu sevindirib.
Argentinalı hücumçu zədəsini tam sağaldıb. Hazırda o, bərpa prosesi keçir. Ehtimal olunur ki, Palasio “Neftçi” ilə qarşılaşmaya qədər tam sağalacaq.
Qeyd edək ki, “Neftçi” – “İnter” matçı oktyabrın 4-də Bakıda keçiriləcək.
