28 sentyabr 2012 15:54
Ramiz Məmmədov: AZAL-la görüş çətin keçəcək
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının 7-ci turunun AZAL-la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Vaqif Sadıqovun komandası mövsümə uğurlu başlayıb. Onlar “Qarabağ”a qalib gəliblər, digər rəqibləri ilə oyunlarda layiqli futbol sərgiləyiblər. Bilirəm ki, onlarla görüşümüz çətin keçəcək. Bizim bu oyuna hazırlıq üçün çox az vaxtımız var idi. Amma mən uşaqlara inanıram. “Rəvan”la oyundakı məğlubiyyəti unudub bu görüşə köklənməliyik”.