28 sentyabr 2012 16:09
Neftçi – Inter matçının biletləri Türkiyədə hazırlanıb
UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Azərbaycan çempionu "Neftçi"nin İtaliyanın "İnter" komandası ilə oyununun biletləri bu gündən satışa çıxarılacaq. Azerisport.az xəbər verir ki, oyunu izləmək istəyən azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından və "Park Bulvar" ticarət mərkəzində yerləşən satış nöqtələrindən əldə edə bilərlər.
Biletlərin qiymətləri 2-50 manat arasında dəyişir. Əldə etdiyimiz məlumata görə, “Neftçi” – “İnter” matçının biletləri xüsusi olaraq Türkiyədə hazırlanıb və elə Bakıya da bu gün gətirilib.
Qeyd edək ki, "Neftçi" - "İnter" qarşılaşması oktyabrın 4-də baş tutacaq.
