28 sentyabr 2012 16:23
Mirbağır İsayev: Neftçi İnterə məğlub olmayacaq
“Abşeron”un sabiq baş məşqçisi Mirbağır İsayev Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Milan “İnter”i ilə oyundakı şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Böyükağa Hacıyev əla komanda toplayıb. Mənə elə gəlir ki, “Neftçi” “İnter”lə oyunda özünü mütləq göstərəcək. Milanlılar güclü olsalar da, hazırda heç də yaxşı vəziyyətdə deyillər. Fikrimcə, “Neftçi” bu komandaya uduzmayacaq. Oyun ya komandamızın 1:0 xeyrinə başa çatacaq, ya da heç-heçə olacaq”.