28 sentyabr 2012 16:35
Elxan Abdullayev: İnter Neftçini qiymətləndirməyə bilər
Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Elxan Abdullayev azerisport.az saytına müsahibəsində ölkə çempionu “Neftçi”nin Avropa Liqasındakı çıxışını dəyərləndirib, eləcə də Premyer Liqamızdan danışıb.
- “Neftçi”nin Avropa Liqasına startı necə təsir bağışladı?
- Mən komandanın qrup mərhələsinə uğurlu başlayacağını gözləyirdim. İnanıram ki, onlar xal qazanmağa davam edəcəklər. Belqraddakı oyuna gəlincə, vaxtilə Bakı “İnter”i ilə də orda oynamışıq və bunun necə çətin olduğunu bilirəm. Tribunalarda atmosfer möhtəşəm olur. Amma Bakıda bu komandanı məğlub etmək olar.

- Amma həmin oyundan sonra bakılılar gözlənilmədən “Sumqayıt”a uduzdular...
- Mən baş məşqçinin qərarlarını müzakirə etməyəcəm. Amma belə xal itkiləri hər bir klubda olur. Həm də biz bu komandanın əsl hədəflərindən xəbərdar deyilik.
- “Neftçi” ilk növbədə Avroliqanın qrup mərhələsində uğurlu çıxış etmək haqda düşünür...
- Onda Premyer Liqanın bəzi oyunlarını qurban vermək olar. Eyni zamanda ehtiyat oyunçular skamyasının uzunluğu da hər iki cəbhədə mübarizə aparmağa imkan verməlidi. Məsələn, Rusiya “Rubin”i “Yenisey”lə kubok oyununa aparıcı futbolçularını buraxmamışdı. Ötən mövsüm onlar kubokda uğur qazanmışdılar. Amma görünür bu il sözügedən turnirlə bağlı hədəfləri dəyişib.
- Sizcə, “Neftçi”nin ehtiyat oyunçular skamyası o dərəcədə genişdi ki, hər cəbhədə bir heyətlə oynasın?
- Aydın məsələdi ki, “Neftçi”də o qədər futbolçu yoxdu. Amma əminəm ki, Premyer Liqa oyunlarına çıxarılası futbolçular tapa bilərlər.

- Sizcə, “Neftçi” növbəti rəqibi – Milan “İnter”i ilə layiqli mübarizə apara bilər?
- Dünən onların “Chievo” ilə oyununa (2:0) baxdım. Rəqibin heyətində Kambyasso, Zanetti, Sneyder, Milito kimi futbolçular var. Amma bizimkilər qələbəni daha çox istəsələr, səviyyə fərqini sığortalamaq olar. Bakıda bu komanda ilə heç-heçə etmək realdı. Hətta məğlub da etmək olar. Mümkündü ki, rəqib tərəfindən “Neftçi”ni düzgün qiymətləndirməmək də olacaq.

- “Xəzər Lənkəran”la “Qəbələ”nin çari mövsümdə işləri o qədər də yaxşı getmir...
- “Xəzər Lənkəran” kimi iddialı klub üçün indiki vəziyyəti faciəvi saymaq olar. Amma Yunis Hüseynovu da komandada yeni hesab etmək lazımdı. Hər halda bu komanda ilk altılığa düşə bilər. “Qəbələ”yə gəlincə, onlar üçün hər şey o qədər də pis deyil. Sadəcə, “Rəvan”a məğlubiyyət bir qədər vəziyyəti korladı.
- Sizcə, Ramiz Məmmədov bu dəfə “Qəbəblə” ilə uğur qazana biləcək?
- Şadam ki, o, yenidən bu komandaya qayıtdı. Yaxşı mütəxəssisdi. Vaxtilə Məmmədov daha zəif heyətlə özündən əvvəlki mütəxəssislərdən yaxşı nəticə qazanmışdı. Əminəm ki, bu mövsüm o, uğur qazanacaq.

- “Simurq”un uğurunu təsadüfi saymaq olar?
- Bunu təsadüfi saymaq istəmirəm. Onlar liderdisə, bu təsadüf ola bilməz. Amma növbəti turlarda da bunu təsdiqləmək lazımdı. Bu komandada olan insanlar çalışırlar. Hələ ki, onlarda alınır.