28 sentyabr 2012 17:14
Yığmamızın rəqiblərinin sayı artdı
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İspaniyanın Alikante şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Azerisport.az xəbər verir ki, turnir iştirakçısı olacaq komandaların siyahısında dəyişiklik edildiyi üçün yığmamızın oyunlarının təqvimində də dəyişiklik edilib.
Komandamızın oyunlarının yenilənmiş təqvimini diqətinizə çatdırırıq:
29.09.2012
Saat 14:30. Azərbaycan – Kanada
30.09.2012
Saat 14:30. Azərbaycan – Meksika
01.10.2012
Saat 21:30. ABŞ – Azərbaycan
04.10.2012
Saat 14:30. Azərbaycan – BƏƏ
05.10.2012
Saat 19:00. Kamerun – Azərbaycan
06.10.2012
Saat 19:00. Mərakeş – Azərbaycan
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
