28 sentyabr 2012 16:51
Azərbaycanın Kanada ilə oyunu uruqvaylı hakimə tapşırıldı
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin üçüncü turunda keçiriləcək oyunların təqvimi və hakim təyinatları açıqlanıb. Azerisport.az təyinatlarla sizi də tanış edir.
Məlum olduğu kimi, komandamız qrupdakı son matçını Kanadaya qarşı keçirəcək. Millimizin bu görüşünü Uruqvaydan olan Klaudia Umpierres idarə edəcək.
Digər oyunlardakı təyinatlar isə belədi:
29 sentyabr
Qambiya - Fransa
"Dalğa Arena". Saat 17:00
Hakimlər: Finau Vulivuli (Fici), Jacqueline Stephenson (Yeni Zelandiya), Wantin Yagum (Papua-Yeni Qvineya), Alondra Arellano (Meksika)
ABŞ - Koreya XDR
Bayıl stadionu. Saat 17:00
Hakimlər: Katalin Kulscar, Judit Kulscar (hər ikisi - Macarıstan), Monica Lokkeberg (Norveç), Carina Vitulano (İtaliya)
Kanada - Azərbaycan
"Dalğa Arena". Saat 20:00
Hakimlər: Claudia Umpierrez (Uruqvay), Nadia Weiler, Luciana Mascarana (hər ikisi - Paraqvay), Kateryna Monzul (Ukrayna)
Kolumbiya - Nigeriya
Bayıl stadionu. Saat 20:00
Hakimlər: Cardella Samuels (Yamayka), Elizabeth Aguilar (Salvador), Nykasie Liverpool (Qayana), Karolina Radzik-Johan (Polşa)
30 sentyabr
Yaponiya - Meksika
"Şəfa" stadionu. Saat 14:00
Hakimlər: Morag Pirie (Şotlandiya), Nicolet Bakker (Hollandiya), Judit Romano (İspaniya), Claudia Umpierrez (Uruqvay)
Yeni Zelandiya - Braziliya
8 KM stadionu. Saat 14:00
Hakimlər: Hyang Ok Ri, Kum Nyo Hong (hər ikisi - Koreya XDR), Lingling Zhang (Çin), Aissata Amegee (Toqo)
Almaniya - Uruqvay
Lənkəran şəhər Mərkəzi stadionu. Saat 17:00
Hakimlər: Gillian Martindale (Barbados), Suzanne Morisset (Kanada), Milagros Leonarde (Dominikan Respublikası), Etsuko Fukano (Yaponiya)
Çin - Qana
8 KM stadionu. Saat 17:00
Hakimlər: Jana Adamkova, Lucie Ratajova, Adriana Secova (Çexiya), Karolina Radzik-Johan (Polşa)
