28 sentyabr 2012 17:57
Neftçi - İnter matçına artıq 1500 bilet satılıb
Xəbər verdiyimiz kimi, Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "İnter" matçının biletləri bu gündən satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletləri T.Bəhramov adına respublika stadionunun kassalarından və Park Bulvar alış-veriş mərkəzindən əldə etmək olar.
Kassalar hər gün saat 10:00-dan, 22:00-a kimi fəaliyyət göstərir. Bu gün saat 17:00-a olan məlumata görə biletlərin 1500 ədədi artıq satılıb.
Qeyd edək ki, biletlərin qiyməti 2-50 manat arası dəyişir.
