28 sentyabr 2012 18:27
Böyükağa Hacıyev: Bizdən gələcək sevindirici xəbəri gözləyin
“Gələn həftə, yəni oktyabrın 4-də bizdən gələcək sevindici xəbəri gözləyin”. Azerisport.az xəbər verir ki, bu sözləri Türkiyənin Cihan Xəbər Agentliyinə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Avropa Liqasının qrup mərhələsində “İnter”i qəbul edəcək “Neftçi”nin çalışdırıcısı rəqibin qitənin ilk 10 komandası arasında yer aldığını, amma İtaliya klubunun böyüklüyünün onları qorxutmadığını, əksinə oyuna daha yaxşı köklənmələrinə yardımçı olduğunu bildirib. “İnter”dən heç bir çəkinəcəklərinin olmadığını deyən Hacıyev, məqsədlərinin Azərbaycan futbolunu Avropada layiq olduğu şəkildə təmsil etmək olduğunu qeyd edib.
Avrokuboklarda Türkiyə komandalarından başqa türk olaraq sadəcə “Neftçi”nin mübarizə aparmasını xatırladan Hacıyev bunun onları qüqurlandırdığını və burda tək qalmamağı arzuladıqlarını bildirib: “Neftçi” klubu sadəcə Azərbaycanın deyil, böyük türk dünyasının təmsilçisidi”.
