28 sentyabr 2012 18:35
“Azarkeşlərimiz İnterlə matçda çox fərqli bir Neftçi görəcəklər”
“Neftçi”nin futbolçusu Julius Vobay və Rəşad Sadiqov Türkiyə mətbuatına açıqlama verib. Azerisport.az xəbər verir ki, onlar Cihan Xəbər Agentliyinə danışıblar.
Milan “İnter”inin heyətində önəmli isimlərin olduğunu və işlərinin heç də asan olmadığını bildirən Vobay özlərinin də meydana niyə çıxdıqlarını yaxşı bildiklərini deyib.
Rəşad isə oyuna ciddi hazırlaşdıqlarını bildirib: “İnter”i öz meydanımızda yenməyə çalışacağıq. Ümid edirəm ki, bunu bacaracağıq. Azarkeşlərimiz bu matçda çox fərqli bir “Neftçi” görəcəklər”.
