28 sentyabr 2012 18:50
Mahmud Qurbanov: Rəvana qalib gəlmək istəyirik
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 7-ci turunun “Rəvan”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komandamızda itkilər var. Emin İmaməliyev cəzalıdı. “Rəvan”a gəlincə, rəqibimiz yaxşı komandadı. Fikrimcə, futbolçularımız bu rəqiblə oyunda özlərini göstərə və qələbə qazana biləcəklər. Çətin oyun olacaq. Amma hər şeyə rəğmən, 3 xal qazanmaq istəyirik. “Kəpəz” qələbəyə oynayacaq. Heç-heçə də bizim üçün yaxşı nəticə sayıla bilər”.