28 sentyabr 2012 19:01
Bakı İnterinin üzvü İsveçrə yığmasını Dominikan Respublikasına dəyişdi
“İnter”in müdafiəçisi Haynts Barmettler artıq bir həftədən çoxdur “Caribbean Cup” turnirində iştirak edən Dominikan Respublikasının milli komandasının ixtiyarındadı. Azerisport.az xəbər verir ki, 2009-cu ildə futbolçu İsveçrə millisinin heyətində 1 oyun keçirmişdi.
Lakin sonradan Barmettler yığmaya çağrılmadı. Bu il isə futbolçuya anasının vətəni olan Dominikan Respublikasından yığma komandaya dəvət gəldi. Barmettler dəvəti qəbul etdi, tərəflər FİFA-ya müraciət etdilər və təşkilat da oyunçuya Dominikan millisində çıxış etməyə icazə verdi.
Sentyabrın 24-dən Barbadosda turnirin 1-ci qrup mərhələsinin oyunları başlamışdı. Dominikan Respublikasının milli komandasının heyətində Barmettler əvəz olunmadan 3 qarşılaşma keçirdi. İlk qarşılaşmada Dominikan Respublikası Aruba yığmasıyla sülh bağladı - 2:2. Daha sonra Barmettlerin yığması ev sahibi Barbados millisini üstələdi - 1:0. Son turda isə dominikanlar Dominika yığmasını məğlub etdilər - 2:1. Nəticədə Dominikan Respublikası qrupunda 1-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazandı.
Qeyd edək edək ki, müdafiəçi sentyabrın 30-da Bakıya qayıdacaq.
