29 sentyabr 2012 19:52
Qarabağ Simurqla, Qəbələ AZAL-la sülh bağladı, XL Turana da uduzdu (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında 7-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutub.
Son turlarda uğursuz çıxışı ilə diqqət çəkən “Xəzər Lənkəran” səfərdə “Turan”la münasibətlərinə aydınlıq gətirib. Hesabı qonaqlar açsa da, sonda tovuzlular əzmkar qələbəyə seviniblər.
Fatih Kavlakın əvəzində baş məşqçi postuna Ramiz Məmmədovu gətirən “Qəbələ” doğma meydanda AZAL-la üz-üzə gəlib. Tərəflər meydanı qolsuz tərk ediblər. Lider “Simurq” isə “Qarabağ”la qarşılaşmadan qolsuz sülhlə ayrılıb.
Turun qalan oyunları sabah keçiriləcək. “İnter” – “Neftçi” matçı isə təxirə salınıb.
Topaz Premyer Liqası
7-ci tur
29 sentyabr (şənbə)
SİMURQ - QARABAĞ - 0:0 (0:0)
Hakimlər: Ağayev Əliyar, Musayev Elman, Məmmədov Rza, Məmmədov İnqilab.
Zaqatala. Şəhər stadionu.
Oyun başladı
4. Künc zərbəsindən sonra "Simurq"un qapısında təhlükə yaransa da, top uzaqlaşdırılır
5. Vüqarın sağ cinahdan qapıya doğru zərbəsi zamanı qapıçı topu dəf edir
8. "Qarabağ" bu dəqiqələrdə topa daha çox nəzarət edir
11. Vüqarın sağ cinahdan zərbəsi qapıçıda qalır
13. Daha bir hücum... Muaremin qapıya doğru zərbəsi zəif olur
5. Vüqarın sağ cinahdan qapıya doğru zərbəsi zamanı qapıçı topu dəf edir
8. "Qarabağ" bu dəqiqələrdə topa daha çox nəzarət edir
11. Vüqarın sağ cinahdan zərbəsi qapıçıda qalır
13. Daha bir hücum... Muaremin qapıya doğru zərbəsi zəif olur
20. Oyunu tempi bir qədər aşağı düşüb
25. Maksimin möhtəşəm ötürməsi zamanı Vüqarın aşırma zərbəsi qapıdan yan keçir
26. Vüqarın daha bir həmləsi qeyri-dəqiq olur
27. Rauf qol vursa da, hakim ofsayt qərarı verir
27. Rauf qol vursa da, hakim ofsayt qərarı verir
30. Oyun "Qarabağ"ın ərazi üstünlüyü ilə keçsə də, hələ ki qol yoxdu
32. Ansi Aqollinin sol cinahdan asmasına Raufdan daha tez qapıçı çatır
36. Muarem qapıçı ilə təkbətək qalsa da, David zərbəni dəf edə bilir
32. Ansi Aqollinin sol cinahdan asmasına Raufdan daha tez qapıçı çatır
36. Muarem qapıçı ilə təkbətək qalsa da, David zərbəni dəf edə bilir
42. Şemonayev oyunda ilk sarı vərəqənin müəllifi olur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. "Qarabağ" fasilədən sonra da topa nəzarəti əlində saxlayır
52. Rauf cərimə meydançasına daxil olsa da, son anda qapıya zərbə endirə bilmir
52. Rauf cərimə meydançasına daxil olsa da, son anda qapıya zərbə endirə bilmir
54. Telinin baş zərbəsi qapının üstündən keçir
60. Qonaqlar hücumlarını davam etdirir, meydan sahibləri isə əsas diqqəti müdafiəyə ayırıb, əks-hücum şansı axtarır
63. Muarem sarı vərəqə alır
65. "Qarabağ"da ilk oyunçu dəyişikliyi: Vüqarı Vaqif əvəzləyir
65. "Qarabağ"da ilk oyunçu dəyişikliyi: Vüqarı Vaqif əvəzləyir
78. Telinin daha bir baş zərbəsi qapıdan yan keçir
80. Qarşılıqlı hücumlar bir-birini əvəzləsə də, tərəflər hesabı açmağı bacarmır
84. "Qarabağ"da Mustafa da meydana çıxır
87. Riçard qapıçı ilə təkbətək qalsa da, Pyetrkeviç son anda topu dəf edir
88. "Simurq"un qapıçısı Riçardın daha bir təhlükəli zərbəsinə möhtəşəm reaksiya göstərir
87. Riçard qapıçı ilə təkbətək qalsa da, Pyetrkeviç son anda topu dəf edir
88. "Simurq"un qapıçısı Riçardın daha bir təhlükəli zərbəsinə möhtəşəm reaksiya göstərir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
SİMURQ: 22. David Pyetrkeviç, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 8. Qərib İbrahimov, 9. Marçin Burhard, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev (k), 15. Stepan Polyak, 21. Murad Səttarlı, 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 7. Ruslan Poladov, 14. Asif Mirili, 17. Rüstəm Məmmədov, 20. Rəşad Eyubov, 24. Mehman Məmmədov, 79. Nenad Stoyanoviç.
QARABAĞ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 9. Tural İsgəndərov, 18. İlqar Qurbanov, 33. Mustafa Mohamed, 55. Bədavi Hüseynov, 70. Vaqif Cavadov.
TURAN – XƏZƏR LƏNKƏRAN - 2:1 (0:1)
Qollar: S.Tounkara, 45 (0:1), S.Ballo, 56 (1:1), S.Ballo, 59 (2:1).
Hakimlər: Həsənov Rəhim, Musayev Vaqif, Zeynalov Zeynal, Məhərrəmov Ramiz.
Tovuz. Şəhər stadionu.
Oyun başladı
"Turan" ilk dəqiqələrdən daha fəal görünür
Pitin uzaqdan zərbəsini Popoviç asanlıqla tutur
Berayanın cərimə zərbəsini Bayramov tutur
Meydanda bir qədər sakit oyun gedir. Təhlükəli vəziyyət demək olar ki, yoxdu
Matçın 20-ci dəqiqəsində Ruslan Abışov birbaşa qırmızı vərəqə ilə meydandan qovulur
Rəqibin azlıqda qalmasından istifadə edən "Turan" üstünlüyə yiyələnib
F.Quliyev hesabı açmağa yaxın olsa da, yararlana bilmir
Tounkara rəqib qapısına yol tapmağı bacarır - 0:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Meydan sahibləri hesabı bərabərləşdirmək üçün fəallığı artırıb
Tovuzluların canfəşanlığı bəhrəsini verir: S.Ballo qonaqları meydanın mərkəzinə dəvət edir - 1:1
Salif Ballo keçmiş klubunu növbəti dəfə cəzalandırır - 2:1
Salif Ballo cənub klubunun vaxtilə onu heyətdə saxlamamaqla necə böyük səhvə yol verdiyini həm "Turan"dakı əvvəlki görüşlərində sübut etmişdi, həm də bu oyunda isbatlamış oldu
Malili futbolçunun növbəti qol vurmaq arzusu baş tutmur
Pitin zərbəsi qeyri-dəqiq alınır
Tounkaranın zərbəsi dəqiq olmur
79-cu dəqiqədə XL daha bir zərbə alır: Elnur Allahverdiyev də meydandan qovulur
Matç başa çatdı
TURAN: 28. Andrey Popoviç, 6. Mikayıl Rəhimov, 17. Fərmayıl Əliyev, 26. Aleksandr Krutskeviç, 13. Marius Kazlauskas, 24. Ruslan Zubkov, 21. Antonio Rukavina (k), 11. Qoqi Pipiya, 23. İrakli Beraya, 14. Ender Günlü, 5. Fərid Quliyev.
Ehtiyat oyunçular: 1. İvan Qarbovaç, 22. Salif Ballo, 16. Elmixan Məmmədov, 19. Asəf Qədiri, 18. Seymur Tağıyev, 7. Azər Məmmədov, 25. Nuqzar Kvirtiya.
XƏZƏR LƏNKƏRAN: 85. Kamal Bayramov, 7. Sadio Tounkara, 5. Elnur Allahverdiyev, 8. Eder Bonfim, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 17. Kazım Kazımlı, 99. Beto.
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 6. Robert Alviz, 4. Akif Tağıyev, 42. Kamran Abdullazadə, 3. Vanderson Skarduelli, 11. Dimitrios Sialmas, 10. Elnur Abdullayev.
QƏBƏLƏ – AZAL - 0:0 (0:0)
Hakimlər: Yusifov Fariz, Hüseynov Namiq, Acalov Elşən, Məmmədov Orxan.
Qəbələ. Şəhər stadionu.
Oyun başladı
3. Kamananın baş zərbəsi zamanı Həsənzadə topa sahib çıxır
5. Mendi hesabı açmağa çox yaxın olsa da, təhlükəli zərbəsində azacıq dəqiqlik çatışmır
7. Qonaqların yerinə yetirdiyi künc zərbəsi qol gətirmir
9. Əmiraslanovun uzaqdan zərbəsində dəqiqlik çatışmır
15. "Qəbələ" hücumlarını davam etdirir. AZAL isə daha çox əks-hücum fürsəti axtarır
18. Meydan sahibləri cərimə zərbəsi qazanırlar: Abdullayevin zərbəsi qapının üstündən keçir
20. Oyunda ilk sarı vərəqə T.Novruzova göstərilir
22. D.L.Kruz da sarı vərəqə ilə cəzalanır
27. Benuahinin təhlükəli zərbəsi zamanı Nəzirov komandasını real qoldan xilas edir
28. Qonaqların korner vuruşu zamanı meydan sahibləri topu uzaqlaşdırırlar
32. Benuahi də sarı vərəqə alır
34. Nildoya qarşı cərimə meydançası yaxınlığında qayda pozuntusu və cərimə zərbəsi: Benuahinin zərbəsi canlı səddən dönür
40. Dodonun uzaqdan zərbəsi dəqiq olmur
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
49. E.Baxşiyev də sarı vərəqə ilə cəzalanır
55. Komandaların qarşılıqlı hücumları hələ ki, bəhrəsizdi
64. AZAL növbəti künc zərbəsindən yararlana bilmir
65. Qonaqlar təzyiqi artırıb. Amma üstünlüyü qola çevirmək hələ ki, mümkün deyil
68. R.Abdullayevin əvəzində meydana Lorival Assis çıxır
73. "Qəbələ" inanılmaz qol şansından yararlana bilmir
78. AZAL-da Elman Taqayevi Arif İsayev əvəzləyir
81. Tagimin cərimə zərbəsini Anar Nəzirov kornerə çıxarır. Korner zamanı müdafiəçilər topu uzaqlaşdırmağı bacarırlar
84. AZAL-da T.Novruzovu Oskar Klyava əvəzləyir
85. "Qəbələ"də isə Elmar Baxşiyevi Yaşar Abuzərov əvəzləyir
89. AZAL-ın növbəti korner vuruşu uğursuz başa çatır
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+2. AZAL-da Benuahini A.Veliçka əvəzləyir
90+3. "Qəbələ"də isə Dodonun əvəzində meydana Tərzin Cahangirov çıxır
Matç başa çatdı
Turun qalan görüşləri sabah keçiriləcək: “Sumqayıt” – “Bakı”, “Rəvan” – “Kəpəz”.
1
7
4
3
0
10-2
15
Bombardirlər:
7 - Franko Nildo (AZAL)
4 - Zohair Benuahi (AZAL)
3 - Riçard Almeyda (Qarabağ), Marçin Burhard (Simurq), Salif Ballo (Turan).
