29 sentyabr 2012 19:25
Neftçinin rəqibi Vojvodina səddini üç cavabsız qolla keçdi (YENİLƏNİB)
Bu gün futbol üzrə Serbiya çempionatında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Partizan” da növbəti matçına çıxıb.
Belqrad təmsilçisi səfərdə “Vojvodina” ilə qarşılaşıb. Qarşılaşma qonaqların inamlı qələbəsi ilə başa çatıb - 3:0. Hesabı 4-cü dəqiqədə Ostoyiç açıb. 61-ci dəqiqədə İliç fərqi artırıb. 84-cü dəqiqədə isə Markoviç oyunda yekun nəticəni müəyyənləşdirib.
Bu qələbədən sonra “Partizan” 7 oyuna 18 xalla birinci yerdəki mövqeyini möhkəmləndirib.
