29 sentyabr 2012 19:04
Cavidlə Cihan oynamadı, altı qol izlədi (YENİLƏNİB)
Bu gün futbol üzrə Türkiyənin PTT Birinci Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının futbolçuları Cavid Hüseynovla Cihan Özkaranın çıxış etdikləri “Adana Demirspor”la “Erciyesspor” da növbəti matçına çıxıb.
Özü də maraqlıdı ki, Cavidlə Cihanın komandası bu tur bir-biri ilə üz-üzə gəlib. Kayseridə keçirilən görüşdə meydan sahibləri növbəti, qonaqlar isə ilk qələbələrini qazanmaq istəyindəydilər. Lakin görüş məhz meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb.
Bu oyunda Özkara ilə Hüseynovun da iştirakı gözlənilirdi. Lakin hər iki futbolçumuz oyuna ehtiyat oyunçular skamyasında başlamalı olub və sona qədər meydana çıxmaq şansı qazanmayıblar.
Qeyd edək ki, hazırda “Erciyesspor” 10 xalla birinci yerdə gedir. “Adana Demirspor” isə 5 oyuna 2 xalla 17-ci sırada qərarlaşıb.
PTT Türkiyə Birinci Liqası
5-ci tur
29 sentyabr
Erciyesspor - Adana Demirspor - 5:1 (3:1)
Qollar: Emrah Bozkurt, 1; 6; 42; 52, Mehmet Ayaz, 90 - Juninyo, 45.
