29 sentyabr 2012 21:10
Yığmamızın forvardı yenə də ehtiyatda qaldı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun heyətində yer aldığı “Metallurg” Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Liepaya klubu ölkə çempionatının 31-ci turu çərçivəsində “Spartak” ilə görüşüb.
Qarşılaşma rəqib meydanında keçirilirdi. Bu üzdən də liyepayalılar ən azı bir xal qazanmağı hədəfləmişdilər. Amma qonaqlar autsayderlə görüşdə daha ciddi uğur qazana biliblər. Belə ki, Vüqarın komandası 3 cavabsız qolla 3 xal qazanıb.
Son oyunlarda forma geyməyən millimizin forvardının bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Əsgərovun adı bu oyunun iştirak ərizəsinə daxil edilsə də, o, sona qədər ehtiyatda qalıb.
Qeyd edək ki, hazırda Liyepaya klubu 30 oyundan sonra 60 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və ehtiyatda bir oyunu var.
Latviya çempionatı
31-ci tur
29 sentyabr
Spartak - Metallurg - 0:3
