29 sentyabr 2012 21:55
Millimiz mundialla vidalaşdı (YENİLƏNİB)
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, oktyabrın 13-dək davam edəcək çempionatda Azərbaycan yığması da meydan sahibi qismində mübarizə aparır.
Təşkilatçı ölkə təmsilçisi olaraq yığmamız A qrupunda Kolumbiya, Nigeriya və Kanada ilə yarışırdı. Sissi Raytın yetirmələri mundialdakı ilk və tarixi matçını Kolumbiyaya qarşı keçirmişdi və 0:4 hesabıyla uduzmuşdu. Komandamız ikinci görüşündə Nigeriyaya daha biabırçı hesabla yenildi – 0:11. İndi komandamız mundialdakı son matçında ən azı qol hesabını açmaq və ilk xalını qazanmaq üçün meydana çıxmışdı. Lakin təəssüf ki, son oyunda da futbolçularımızın arzusu baş tutmadı - 0:1.
A qrupunun digər oyununda isə Kolumbiya ilə Nigeriya üz-üzə gəlib. Nigeriyalılar 3 cavabsız qol vuraraq, qrupun liderliyini təmin ediblər.
Beləcə, Azərbaycan və Kolumbiya mundialla erkən vidalaşmalı olub. Nigeriya və Kanada isə 1/4 finala vəsiqə qazanıblar.
DÇ-2012
A qrupu
29 sentyabr
KANADA – AZƏRBAYCAN - 1:0 (0:0)
Qol: V.Sanderson, 49.
Hakim: Klaudia Umpierres (Uruqvay).
Bakı. Dalğa Arena.
KANADA: 1. Kaylen Şeridan, 3. Madeline Yossi, 5. Rebekka Kvin, 7. Eşli Laurense (k), 9. Amandine Pyer-Luis, 10. Valerie Sanderson, 11. Nişelle Prins, 12. Kadeyşa Buçanan, 13. Elissa Neff, 14. Rebekka Pongetti, 20. Larisa Staub.
Ehtiyat oyunçular: 18. Teylor Buklin, 21. Marise Martel, 2. Lindsay Aqneu, 4. Sammer Klark, 6. Amanprest Şergil, 8. Yasmin Danda, 15. Viktoriya Pikket, 16. Emili Pyetrangelo, 17. Yordin Listro, 19. Nikole Lonkar.
AZƏRBAYCAN: 1. Aytac Şərifova, 2. Jalə Məhsimova, 6. Maya Danqadze, 7. Əminə Heydərova (k), 8. Aliyə Vəliyeva, 10. Nigar Cəlilli, 11. Şəfəq Nəsirova, 14. Süheyla İltər, 16. Melis Sarıaltın, 17. Olya Şioşvili, 20. Sabrina Ronaqi.
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 21. Hülya Cin, 3. Jalə Məmmədova, 4. Ləman Bağırova, 5. Nərgiz Ömərova, 9. Sevinc Qurbanova, 13. Aysun Əliyeva, 15. Kamilə Məmmədova, 18. Leyla Solmaz, 19. Süsən Mənsimova.
KOLUMBİYA – NİGERİYA - 0:3 (0:1)
Qollar: Ayinde, 32; 75, Duarte, 80-öz qapısına.
Hakim: Kardella Samuels (Yamayka).
Bakı. Bayıl stadionu.
|
Komanda
|
O
|
Q
|
H
|
M
|
T-F
|
X
|
|
Nigeriya
|
3
|
2
|
1
|
0
|
15-1
|
7
|
|
Kanada
|
3
|
2
|
1
|
0
|
3-1
|
7
|
|
Kolumbiya
|
3
|
1
|
0
|
2
|
4-4
|
3
|
|
Azərbaycan
|
3
|
0
|
0
|
3
|
0-16
|
0
|
