29 sentyabr 2012 00:11

Lideri izləyicisi ilə üz-üzə gətirən debütlər turu

Bu həftə futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında 7-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, 2 gün ərzində baş tutacaq tur Qəbələ və Tovuzda start götürüb, Bakıda başa çatacaq.
 
Bəribaşdan qeyd edək ki, bu turun bir oyunu təxirə salınıb. Belə ki, son ölkə çempionu “Neftçi” ilə “İnter”in oyunu tərəflərin qarşılıqlı razılığı əsasında dekabr ayına keçirilib.
 
Baş tutacaq oyunlara gəlincə, son turlarda uğursuz çıxışı ilə diqqət çəkən “Xəzər Lənkəran” səfərdə “Turan”ın qonağı olacaq. Yunis Hüseynovun komandası qara zolaqdan çıxmaq üçün Tovuzdan mütləq qələbə ilə dönməlidi. Bu oyuna hazırlıq üçün cənub təmsilçisinin kufayət qədər vaxtı da olub. Axı “gəmiçilər”in “Bakı” ilə son turdakı oyunu təxirə salındığından, hazırlıq üçün əlavə vaxt qazanmışdılar. Əsgər Abdullayevin komandası isə son turda “Qarabağ”a uduzduğundan, bu dəfə eyni aqibəti yaşamamağa çalışacaq. Maraq üçün qeyd edək ki, “Xəzər Lənkəran” 17-ci dəfə qarşılaşacağı “Turan” üzərində aşkar üstünlüyə malikdi. Geridə qalan oyunlarda cəmi 1 dəfə uduzan cənublular son 13 matçda yenilməyib. Ardıcıl 5 oyunda uduzan “Turan” öz meydanındakı son 6 qarşılaşmada xala həsrətdi.
 
Mövsümün daha bir uğursuzu “Qəbələ” isə evdə AZAL-la münasibətlərinə aydınlıq gətirəcək. Son turda doğma meydanda “Rəvan”a uduzan bölgə təmsilçisi dərhal türkiyəli baş məşqçisi Fatih Kavlakı istefaya göndərdi və onun yerinə sabiq çalışdırıcısı Ramiz Məmmədovu gətirdi. İndi meydan sahibləri köhnə-yeni baş məşqçi ilə uğurlu start arzusundadılar. Amma bu, heç də asan olmayacaq. Axı rəqib yeni mövsümə çox uğurlu start verən Vaqif Sadıqovlu AZAL-dı. “Təyyarəçilər” çətin səfər matçında ən azı məğlubiyyətsiz oyunlar seriyasını davam etdirməyə çalışacaqlar. 13-cü dəfə “Qəbələ” ilə görüşəcək AZAL bu matçlarda böyük üstünlüyə malikdi. Lakin bakılılar son 4 səfər görüşündə qalib gələ bilməyib. Ümumilikdə isə son 4 matçda paytaxt təmsilçisi məğlub olmayan tərəfdi.
 
İlk oyun gününün son matçında “Simurq” “Qarabağ”la üz-üzə gələcək. Zaqatala klubu hazırkı lider, Ağdam təmsilçisi isə yeni mövsümün əsas iddialılarından hesab olunduğundan, bu görüşə maraq kifayət qədər böyükdü. Hələ də məğlub olmayan Georgi Çixradzenin komandası ağdamlıları doğma meydanda qəbul etdiyindən, zirvədəki yerini qorumaq şansları yüksəkdi. Qurban Qurbanovun komandası isə son turda “Turan”a qalib gəlsə də, o qədər də inamlı futbol sərgiləmir. Lakin qonaqlar qalib gəlməklə zirvəyə şərik olmaq şansına malikdilər. 13-cü duel ərəfəsində rəqiblər arasında tarazlıq hökm sürür. Bu tarazlıq top fərqində “Simurq”un cüzi üstünlüyü ilə müşayiət olunur. Lakin “Qarabağ” bütün qələbələrini xal itirmədiyi son 4 oyunda qazanıb.
 
Digər iki görüş isə bazar gününə təsadüf edəcək. “Sumqayıt” doğma meydanda “Bakı” ilə qarşılaşacaq. Son turda ölkə çempionu “Neftçi” üzərində sensasion qələbəyə sevinən Bernard Raabın komandası indi eyni aqibəti “zolaqlılar”a da yaşatmaq arzusundadı. “Xəzər Lənkəran”la da oyunu təxirə salınan və geridə qalan 6 turda cəmi 4 görüş keçirən Bojidar Bandoviçin komandası isə qələbələr üçün darıxıb və bu oyunda da sürprizə imkan verməməyə çalışacaq. Lakin görüşün Sumqayıtda keçirilməsi meydan sahiblərinin şanslarını artıran məqamlardandı. Bu komandaların oyunlarında maraqlı tendensiya hökm sürür. Baş tutan hər 2 oyunda cəmi 1 qol vurulub ki, qalib gələn tərəf bakılılar olub.
 
Nəhayət, turun qapanış matçında “Rəvan” “Kəpəz”lə qarşılaşacaq. Bu tur daha bir debüt məhz bu görüşdə baş tutacaq. Belə ki, paytaxt klubunu oyuna yeni baş məşqçisi Kemal Alispahiç çıxaracaq. Təbii ki, “aslanlar” yeni baş məşqçisini xal və ya xallarla qarşılamağa çalışacaqlar. Amma Mahmud Qurbanovlu Gəncə təmsilçisi də bu oyuna ən azı bir xal üçün çıxacaq. Maraq üçün xatırladaq ki, indiyədək cəmi 4 dəfə görüşən rəqiblər heç vaxt heç-heçə etməyib. Qələbə sayında “Kəpəz”, top fərqində isə “Rəvan” öndədi.
 
Topaz Premyer Liqası
7-ci tur
29 sentyabr (şənbə)
 
16:00. TURAN – XƏZƏR LƏNKƏRAN
Hakimlər: Həsənov Rəhim, Musayev Vaqif, Zeynalov Zeynal, Məhərrəmov Ramiz.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Akif Məmmədov.
Tovuz. Şəhər stadionu.
 
16:00. QƏBƏLƏ – AZAL
Hakimlər: Yusifov Fariz, Hüseynov Namiq, Acalov Elşən, Məmmədov Orxan.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Qəbələ. Şəhər stadionu.
 
18:00. SİMURQ – QARABAĞ
Hakimlər: Ağayev Əliyar, Musayev Elman, Məmmədov Rza, Məmmədov İnqilab.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Xəqani Məmmədov.
Zaqatala. Şəhər stadionu.
 
30 sentyabr (bazar)
 
16:00. SUMQAYIT – BAKI
Hakimlər: Əsgərov Elvin, Ramazanov Rahil, Əliyev İlham, Məmmədov Elçin.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
 
20:00. RƏVAN – KƏPƏZ
Hakimlər: Cabbarov Rauf, Həsənov Coşqun, Əsgərov Azər, Əhmədov Ramil.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. Bayıl Arena.
 
1
6
4
2
0
10-2
14
 
2
5
3
2
0
13-5
11
 
3
6
3
2
1
11-8
11
 
4
6
2
3
1
5-4
9
 
5
6
2
1
3
7-9
7
 
6
6
2
1
3
8-15
7
 
7
4
2
0
2
7-5
6
 
8
4
1
3
0
5-3
6
 
9
6
1
3
2
6-8
6
 
10
5
1
2
2
6-5
5
 
11
6
1
1
4
5-10
4
 
12
6
1
0
5
4-13
3
 
 
Bombardirlər:
7 - Franko Nildo (AZAL)
4 - Zohair Benuahi (AZAL)
3 - Riçard Almeyda (Qarabağ), Marçin Burhard (Simurq).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.