28 sentyabr 2012 11:08

“O, məğlub olduğumuz oyunlardan sonra paltardəyişmə otağında xoşagəlməz ifadələr işlədirdi”

“Qəbələ”nin hücumçusu Viktor Mendi azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 6-cı turuna təsadüf edən “Rəvan”la oyundan (1:3), eləcə də komandasındakı baş məşqçi dəyişikliyindən danışıb.
 
- Bu tura qədər qələbə qazanmayan “Rəvan”a evdə uduzmağınız çox gözlənilməz oldu...
- Fikrimcə, biz məğlubiyyətə layiq deyildik. Çalışırdıq, hücumlar edirdik, qol vəziyyətləri yaradırdıq. Mümkündü ki, bunda Aleksandr Çertoqanovun meydandan qovulması da öz rolunu oynadı. Üstəgəl uğurun bizdən üz döndərməsi. Axı bunsuz nəyəsə nail olmaq mümkünsüzdü. Bizim qol vurmaq şanslarımız olsa da, alınmadı. Görünür, daha çox çalışmaq lazımdı.
 
- Komandada nə qaydasında deyil?
- Bizdə hər şey ötən mövsümkünü xatırladır. Bir növ həmin hadisələr təkrarlanır. O dövrdə də pis başladıq, dəyişikliklər oldu. İndi mümkün qədər bu uğursuz dönəmi arxada qoymaq lazımdı.
 
- “Rəvan”a məğlubiyyət Fatih Kavlak üçün sonuncu oldu və onu Ramiz Məmmədov əvəzlədi. Onun Toni Adamsdan öncə də komandanı çalışdırdığını bilirsiz?
- Bunu bilmirdim. Düzdü, onu oyunlarımızda bir neçə dəfə görmüşdüm. Amma bütövlükdə haqqında o qədər də məlumatlı deyildim.
 
- Məmmədov Adamsla Kavlakdan sonra çalışacağınız üçüncü mütəxəssis olacaq...
- Fikrimcə, bundan sonra hər şey müsbətə doğru dəyişəcək. Əvvəlki məşqçilərimiz də pis deyildi. Məsələn, Toni Adams yaxşı məşqçi, yaxşı insan idi. Amma onun bəzi mənfi cəhətləri də vardı. Hansısa oyunda məğlub olanda, paltardəyişmə otağında xoşagəlməz ifadələr işlədirdi. Bu, mənim qətiyyən xoşuma gəlmirdi.
 
- Bu dəyişikliyin AZAL-la oyun öncəsi baş verməsi sizə problem yaratmayacaq ki?
- Mənim üçün kimin rəhbərliyi altında oynamağın fərqi yoxdu. Çünki futbolçu ilk növbədə öz oyununu göstərməlidi. Nə vaxt oynayıramsa, çox xoşbəxt oluram. Hər oyunda qələbə qazanmaq istəyirəm. Bu, əsas hədəfimdi.
 
- AZAL mövsümə kifayət qədər uğurlu başlayıb və məğlubiyyət tanımır...
- Hə, onlar üçün mövsüm bizə nisbətən çox uğurlu başlayıb. Mən onların “Qarabağ”a qarşı oyununu görmüşəm. 6:2 hesabıyla qalib gəldilər. Çox yaxşı oynadılar. Hücum xətti çox güclüdü. Amma biz onların məğlubiyyətsiz seriyasını qırmağa çalışacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
 
- Siz də artıq xeyli müddətdi qol vurmursuz. Səbəb nədi?
- Dəqiq bilmirəm. Amma çalışıram. Bir qədər bəxtim gətirmir. Ola bilər ki, növbəti oyunda məndə də bu alınsın. Və ta sonrakı oyunda. Lakin əsas komandanın uğurunda pay sahibi olmaqdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.