28 sentyabr 2012 11:25
Yunis Hüseynov: Turanla səfərdə oynamaq həmişə çətin olur
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 7-ci turunun “Turan”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Turan”la səfərdə oynamaq həmişə çətin olur. Komandamız isə hazırda qara zolaqdadı. İndi bu uğursuzluqdan çıxmaq istəyirik. Tovuz təmsilçisi bütün favoritlərə qarşı layiqli oyun sərgiləyib. Ona görə də əminəm ki, bizimlə də sona qədər mübarizə aparacaqlar”.