28 sentyabr 2012 11:37
Milan İnteri Bakıya Neftçi ilə oyundan bir gün öncə gələcək
İtaliyanın “İnter” klubunun Bakıya gələcəyi tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, Milan klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə qarşılaşmadan bir gün öncə ölkəmizə təşrif buyuracaq.
“Ağ-qaralar”ın rəqibi oktyabrın 3-də gələcək və Bakıya saat 18:00-da eniş edəcək. Bundan bir saat sonra isə “neradzurra”nın matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqi nəzərdə tutulub.
Qeyd edək ki, “Neftçi” – “İnter” oyunu oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmadan dərhal sonra italyanlar Bakını tərk edəcəklər.
