29 sentyabr 2012 01:17
“Azərbaycan futbolu o qədər inkişaf etməyib ki, AÇ-2016 haqda düşünək”
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi İqor Ponomaryov milli komandamızın AÇ-2016-da iştirakını real hesab etmir. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Berti Foqts yığmamızın AÇ-2016-ya çıxmaq üçün mübarizə aparacağını deyib? Düzdü, Azərbaycan futbolunun səviyyəsi həqiqətən qalxıb. Amma bu, hələ Avropa çempionatına düşmək barədə düşünməyə imkan vermir. Avropada bütün yığmalar güclüdülər. Avropa çempionatına çıxmaq çox çətin vəzifədi. Lakin hər halda mən də buna inanmaq istərdim”.