29 sentyabr 2012 14:58

“Komandanın şərəfi daha önəmlidi”

Azərbaycanda 2012-ci il 17 yaşadək qızlar arasında futbol üzrə Dünya Çempionatı çərçivəsində həlledici Almaniya-Çin XR qarşılaşmasından sonra İngiltərə əfsanəsi Qari Linekerin Almaniya futboluna dair bəyənatına kiçik düzəlişlər etmək lazım ola bilər. Məsələn, bu cür: “17 yaşlı iyirmi iki futbolçu 90 dəqiqə ərzində topun arxasınca qaçır və sona bir neçə saniyə qalmış almanlar hesabı bərabərləşdirirlər”.
 
Rikarda Kieslinq qol vurub hesaba tarazlıq gətirərkən final fiti demək olar ki, səslənmək üzrə idi. Sevincə qərq olan komanda yoldaşları Rikardanı dörd bir tərəfən əhatəyə aldılar. Baş məşqçi Anouşka Bernhardın sonradan söylədiyi kimi, oyun son dərəcə gərgin şəraitdə keçmişdir: “Hesabı öncədən öz xeyrimizə dəyişmək, əlbəttə ki, çox yaxşı olardı. Mən bilirdim ki, bu bərabərlik qolu həm də oyunun sona çatdığını bildirir və bizim üçün artıq qol buraxmaq təhlükəsi yoxdur. Ümumilikdə, oyun boyu hər birimizin əsəbləri tarıma çəkilmişdi”.
 
Həmin gün oyunun əvvəlində Çinin hesabda önə keçməsinə baxmayaraq, Almaniya yığmasının əsas fəallarından biri Sara Dabritz soyuqqanlı və optimist görünürdü: “Oyundan razı qala bilərik”, deyə Almaniya yığmasının kapitanı bildirdi. 
 
“Öncədən razılaşdırdığımız oyunu nümayiş etdirdik və Qana ilə görüşdə olduğundan daha yaxşı oyun sərgiləməyə çalışdıq. Son anda vurduğumuz bərabərlik qoluna tam layiq idik. Sona doğru lazım olan oyunu göstərdik və bunun da müqabilində xal qazandıq. Son anda vurulan qol komandanın birliyindən xəbər verir”. 
 
Güclü yarımmüdafiəçinin real potensialı
Dabritz hələ 17 yaşadək qızlar arasında futbol üzrə Avropa Çempionatındakı gözəl oyunu ilə diqqəti cəlb etmişdi. O, Azərbaycanda keçirilən final mərhələsində də əla formadadır. Lakin o, özünün müsbət keyfiyyətləri barədə danışmağı xoşlamır. Onun fikrincə, bunu başqaları etməlidir.  
 
Bəzi şərhçilər gənc oyunçunun böyük potensialına heyrandırlar və artıq Dabritzi çempionatın ulduzlarından biri kimi qiymətləndirirlər. Bu qədər tərif belə 17 yaşlı gəncin təvazökar təbiətini dəyişməmişdir. 
 
“Mən, yalnız növbəti oyun barədə düşünürəm və məqsədim yenə də ümidləri doğrultmaqdır. Təbii ki, ən yaxşı qolumu vurmağa çalışıram. Görək nəticə necə olacaq” deyə futbolçu FIFA.com saytına verdiyi eksklüziv müsahibəsində bildirmişdi.
 
17 yaşadək qızlar arasında futbol üzrə Dünya Çempionatı həmişə irəliləməkdə olan azyaşlı futbolçuların parlaması üçün bir tramplin rolunu oynamışdır. Məsələn, yaponiyalı Mana İvabuçi dörd il əvvəl Yeni Zellandiyada 17 yaşlıların ilk dünya çempionatında beynəlxalq arenanın diqqətini cəlb etmişdi və bundan üç il sonra, 2011-ci ildə qızlar arasında futbol üzrə Dünya Çempionatında yığma komanda ilə birgə kuboka sahib çıxmışdı.     
 
Nümunə rolunu oynayan Popp və Marozsan
 
Almaniyanın əsas yığma komandasının oyunçuları Aleksandra Popp və Cenifer Marozsan da beynəlxalq arenaya ilk dəfə 17 yaşlı qızların dünya çempionatında çıxıblar. “Onların hər ikisi mənim üçün nümunədir”, deyə Dabritz bildirib. “Hər ikisi gənc olmasına baxmayaraq, çox şey əldə ediblər. Bu, olduqca yaxşıdır. Yaşlarının az olmasına baxmayaraq, əsas yığma komandada yer alırlar. Sözsüz ki, onların təcrübəsindən nümunə götürə bilərəm” deyə o, təbəssümlə əlavə edib.
 
Popp və Maroszan 17 yaşlı qızlar arasında keçirilən yarışlarda qələbə qazana bilməyiblər. Dabritz və Ko onlardan bir addım daha irəli getmək istəyirlərsə, qrupun son oyunu - çempionata ilk dəfə qatılan Uruqvayla görüş haqda düşünməlidirlər. Növbəti heç-heçə almanların dörddə bir finala keçməsini təmin edə bilər. 
 
Kapitan komanda yoldaşlarının Çinlə keçirdikləri sonuncu oyunda nümayiş etdirdikləri əzm və mübarizə ruhuna yaxşı bələddir və bu, onun bazar günü Lənkəranda keçirəcəkləri son qrup qarşılaşmasında qalibiyyətə olan inamını artırır. “Bu qələbə bizə növbəti oyun üçün güc verir”, deyə parlamaqda olan ulduz sözlərinə bu cür yekun vurdu. “İlk iki görüşdəki nəticələrimiz dörddə bir finala keçidimizi təmin edib, lakin biz tapşırığa əməl edərək Uruqvaya qarşı görüşdə yenidən özümüzü ən yaxşı tərəfdən göstərməliyik”.
 
(FİFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.