29 sentyabr 2012 15:08
Faciədən formalaşmış komanda
Yaponlar balaca boylu olsalar da, onlar bacarıqlı, sürətli və topla ağıllı davranırlar. Azerisport.az xəbər verir ki, milli himnlər çalınanda FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-dəki rəqiblərindən boyca alçaq olan nizam-intizamlı yaponlar start fiti səsləndikdə istənilən komanda ilə başa-baş mübarizə aparmaq iqtidarındadırlar.
Futbolda fitri istedadlarından əlavə, gənc yaponların Azərbaycanda nümayiş etdirdikləri möhkəm xarakterlərinin digər səbəbi vardır. Bu, 2011-ci ilin çartında ölkənin şərq sahilinin zəlzələ və sunamidən viran edilməsidi.
Hiroşi Yoşidanın heyətindəki yeddi oyunçu “JFA Academy Fukuşima” klubunda oynayır və onlar minlərlə insanın həlak olduğu və şəhərin nüvə zavodunun mühüm radiasiya sızıntısına məruz qaldığı o dəhşətli gündə təbii fəlakətin şəxsən şahidi olmuşlar. Bu yeddi oyunçu Nene İnoue, Şiori Miyake, Ruka Norimatsu, Yui Narumiya, Rika Masuya, Çika Hirayo və Miku Kojimadır və onlardan altısı Braziliyanın 5-0 darmadağın edildiyi açılış oyununda yaponların start heyətində iştirak etmişlər.
Zəlzələ baş verərkən onların müasir yerli akademiyanın həyətindəki gündəlik məşq prosesinin rejimi pozulmuşdu. Radioaktiv çirklənmə səbəbindən baş vermiş faciənin ardından futbolçular müvəqqəti sığınacaq axtarmağa və yerli əhalidən yardım almağa məcbur olmuşlar.
"Fəlakət baş verərkən mən dərslərimi edirdim" deyə yarımmüdafiəçi Yui Narumiya o anı xatırladır. "Biz bayıra çıxmaq istəyirdik, lakin həmkarlarla görüşdük və vəziyyətin bir az sakitləşməsini gözlədik. Yaxınlıqda yaşayan insanlar bizə ərzaq və gündəlik lazım olan əşyalar gətirdilər və sonra biz evsizlər üçün sığınacağa aparıldıq. Orada hər zaman bizim qayğımıza qalan kimsə olurdu. Elə mən o vaxt normal hesab etdiyiniz bir çox şeyin bir göz qırpımında dəyişə biləcəyini dərk etdim".
Hücumçu Rika Masuya zəlzələ baş verərkən akademiyada deyildi. O, rəfiqəsi ilə bütün gecəni maşınla geriyə yolu axtarıb tapmaqla keçirmişdi. Şəhərdəki xaos o vəziyyətdə idi ki, o, yalnız növbəti gün səhər evə gəlib çıxmışdı və o ana qədər o, soyuqdan və aclıqdan xeyli əziyyət çəkmişdi. Dostlarının isə sağ-salamat olduğundan əmin deyildi.
10 nömrəli oyunçu söhbəti davam etdirdi: "Mən dostlarıma zəng etməyə çalışdım, lakin onların heç birinə zəng çatmırdı. Mən ora çatdıqda onlar məni digər komanda yoldaşlarımın yerləşdiyi sığınacağa apardılar və mənə lazım olan hər bir yardım göstərildi".
"Biz hər şeyin yenidən nə vaxt normallaşacağından və ya nə vaxt bir daha futbol oynaya biləcəyimizdən bixəbər idik, lakin biz orada yalnız bir ay qalmalı olduq" deyə o, söhbətinə davam edir. "Zəlzələdən əvvəl futbol oynamaq üçü bizim müasir məşq bazamız var idi və orada ərzaq və yaşayış yeri kimi bizə lazım olan hər bir şey mövcud idi. Mən faciədən sonra həyatda yiyələndiyniz hər bir şeyi dəyərləndirməyi və buna görə ətrafınızdakılara minnətdar olmağı anladım. Bu faciə mənə həyat barədə bir çox mühüm şeyləri öyrətdi".
2006-cı ildə müasir tədris müəssisəsi kimi inşa edilmiş və Fukuşima nüvə zavodunun yaxınlığında Naraha-ço şəhərində yerləşən akademiya hələ də bağlı olaraq qalır və akademiyanın tələbələri indi məşqlərini və dərslərini yaxınlıqdakı Şizuka əyalətində keçirirlər.
"Mən komandanı deyə bilmərəm, lakin fərdi şəxslər kimi indi biz xeyli yetkinləşmişik" deyə Masuya söhbətinə davam edir. "Bəlkə də bütün bu faciəni yaşamağımız bizi daha da yetkin edmişdir. Biz yeni reallığa uyğunlaşmalı olduq və bir göz qırpımında heç nədən korluq çəkmədiyimiz vəziyyətdən hətta ev şəraitindən belə məhrum bir vəziyyətə düşdük. Yəqin ki biz elə bu səbəbdən indi daha da yetkin və dözümlü olmuşuq. Fukuşimalı əhalinin bizim üçün etdiyi hər şeyə görə çox minnətdarıq".
Məşqçi Yoşida oyunçuların iradəsinə və onların fəlakəti qarşılamaq tərzinə heyran qalıb. "Bu qızlar çox çətin anlar yaşayıblar" deyə o, qeyd edir. "Futbol oynamağa davam etmək imkanlarının olmasına baxmayaraq, onların həyatı tamamilə dəyişilib. Onlar bir çoxlarının həyatdakı hər şeylərini itirdiklərini bilirlər və onlar aldıqları bütün yardıma və dəstəyə görə ətraflarındakı bütün insanlara minnətdardırlar.
"Onlar həyatda çox şey öyrəniblər və bu da onların dünya görüşünə xeyli təsir göstərmişdir" deyə o, söhbətini tamamlayır. " Bu oyunçular indi meydana çıxıb Fukuşima əhalisinin adından futbol oynamalıdırlar. Onlar yaxşı oyun sərgiləmək, şəhərin əhalisinə ruh-yüksəkliyi bəxş etmək və dünyaya ismarıc göndərmək istəyirlər. Onlar bunu özlərinin missiyası hesab edirlər.
(FİFA)
