29 sentyabr 2012 15:27
Neftçinin Milan İnteri ilə oyununu altı kanal yayımlayacaq
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək “Neftçi” (Bakı) - “İnter” (İtaliya) matçı 6 televiziya kanalında yayımlanacaq. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşmanı ölkəmizdə AzTV yayımlayacaq.
AzTV-dən başqa “Neftçi” – “İnter” matçı Qətərin dünyaca məşhur Əl Cəzirə Sport+1, İtaliyanın Nova Sports 3, Sky Calcio 1, Sport TV 2, eləcə də, ABŞ-ın Fox Soccer Plus kanalında da yayımlanacaq.
Qeyd edək ki, komandamızın “İnter”lə oyunu oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
