29 sentyabr 2012 16:19
Xarici jurnalistlər Bakı klubunu ziyarət etdilər (FOTOLAR)
Bu gün Kir Reydnicin rəhbərliyi altında Beynəlxalq İdman Jurnalistələri Assosiasiyasının bir qrup üzvü "Bakı" futbol klubunun təlim-məşq bazasını ziyarət ediblər. Azerisport.az xəbər verir ki, qonaqları "Bakı" futbol klubunun icraçı direktoru Yaşar Seyidov və "Toplu Bakı" jurnalının baş redaktoru Nail Əliyev qarşılayıblar. Bazanı gəzib-dolaşan jurnaıistlər klubun futbol akademiyası, klub muzeyi və futbol meydanları ilə tanış olublar.
Bundan sonra təşkil olunan toplantıda çıxış edən klub nümayəndələri və qonaq jurnalistlər "Bakı" futbol klubunun bu idman növünün inkişafı naminə atılan addımlar barədə danışıblar. Bazada aparılan inftastruktur çalışmalarını yüksək qiymətləndirən Kir Reydnic Nail Əliyevə assossiasiyanın döş nişanını təqdim edib. Xatırladaq ki, Nail Əliyev tarix üzrə fəlsəfə doktorudu. Yaşar Seyidov qonaqlara prezident İlham Əliyevə həsr etdiyi müəllif kitabını bağışlayıb. Xarici jurnalistlərə "Bakı" futbol klubunun simvolikaları hədiyyə olunub.
