29 sentyabr 2012 19:15
Əsgər Abdullayev: Oyuna uyğun taktika qurmuşduq
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 7-ci turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bizim üçün ən ağır oyunlardan biri olacağını bilirdik. Oyuna uyğun taktika qurmuşduq. Salif Balloya demişdim ki, bugünkü oyunda komandanın gizli silahı olmalısan. İlk hissədə rəqibi yorduq, ikinci hissədə isə Ballo iki qol vurdu, qələbə qazandıq. İlk hissənin sonlarına yaxın müdafiədə səhvlər buraxmağa başladıq, “Xəzər Lənkəran” da bundan istifadə edib qol vurdu”.
