29 sentyabr 2012 19:18
Vaqif Sadıqov: Nəticəni ədalətli hesab edirəm
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 7-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qəbələ”nin iki hücumçu ilə oynayacağını bilirdik. Ramiz müəllim hücuma meyilli futbola üstünlük verir. Oyunun gərgin məcrada keçəcəyini gözləyirdik, belə də oldu. Nəticəni oyuna görə ədalətli hesab edirəm. Ramiz müəllimi təbrik edirəm və gələcəkdə uğurlar arzulayıram”.
