29 sentyabr 2012 19:21
Ramiz Məmmədov: Onlar etimadımı doğrultdular
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının 7-ci turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandada ruh düşkünlüyü var idi. Əsas heyətin bir neçə futbolçusundan yararlana bilmədim. İkinci hissədə bir sıra gənc oyunçuya şans verdim. Onlar da etimadımı doğrultdular. AZAL-ın ikinci yerdə olması təsadüfü deyil. Çox güclü komandadır. 100 faizlik qol imkanlarımız olsa da, istifadə edə bilmədik. İmkanlardan yararlansaydıq, qalib gələ bilərdik”.
