29 sentyabr 2012 20:28
Qurban Qurbanov: Həmişə bu komandaya azarkeşlik edəcəm
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 7-ci turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqibi təbrik edirəm. Turnir cədvəlində yerini qoruya bildi. Komandama da təşəkkür edirəm. Yaxşı oynadıq. Qol imkanlarımız olsa da, yararlana bilmədik. Zaqatala mənim üçün doğmadır. Bu komandanın uğurlarına sevinirəm, həmişə də azarkeşlik edəcəm. Artıq oyunlarımızı ciddiyə almalıyıq”.
