29 sentyabr 2012 20:36
“Qarabağ kimi komandadan bir xal almaq yaxşı nəticədi”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 7-ci turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun çox maraqlı və gözəl keçdi. Biz ilk hissəni topsuz oynadıq. Lakin ikinci hissədə qol imkanlarımız oldu. Qarabağ kimi komandadan bir xal almaq yaxşı nəticədir. Qurban Qurbanova və “Qarabağ”a uğurlar arzulayıram. Qarabağ Azərbaycanın ən yaxşı komandalarından biridir”.
