29 sentyabr 2012 21:04
Cem dubl etdi, millimiz 1 xalla başladı
İspaniyanın Alikante şəhərində təşkil olunmuş beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, futbolçularımız kanadalı həmyaşıdları ilə qarşılaşıb.
Komandamız bu oyunda 2:2 hesablı heç-heçə edib. Yığmamızın heyətində hər iki qolu Cem Fələk vurub.
