30 sentyabr 2012 00:33
“O vaxtdan bəri bu həyəcanı yaşamaq iştəmişəm”
ABŞ-ın Aztekada keçirilən beynəlxalq yoldaşlıq oyununda Meksikanı 1-0 hesabı ilə məğlub etməsini Pinedo ailəsindən daha kəskin qarşılayan çox çətin ki digər bir ailə olsun. Çünki bu ailədə nəticə barədə bacı və qardaşın fikirləri çox fərqli idi.
Sözü gedən qardaş MLS Çikaqo Fayer komandasının potensiallı futbolçusu və ABŞ U-18 komandasının üzvü Viktor Pinedodur. Onun bacısı isə FIFA U-17 qadınlararası dünya çempionatı 2012-də Meksikanın heyətində hazırda 10 nömrə altında çıxış edən Sintiyadır.
Anası amerikalı və atası meksikalı olan ailədə doğulmuş bacı-qardaşların hər ikisi oyunda yaradıcı yarımmüdafiəçi və ya tam hücumçu funksiyasını yerinə yetirməyi bacarır və fərqli ölkələri təmsil etməklərinə baxmayaraq futbol barədə eyni arzu və istəyi bölüşürlər.
Onun FIFA.com saytına dediklərinə görə, doğrudan da, Sintiyanın futbola olan sevgisində ilk növbədə qardaşının əvəzsiz rolu var: "Hər şey mənim kiçik qız olarkən qardaşımla futbol oynamağımdan başlamışdı. Mən o vaxtdan bəri futbolla məşğulam".
Viktordan fərqli olaraq, o, sədaqətini atasının doğulduğu ölkəyə göstərir: "Onlar bu ilin yanvarında məni komandanın heyətinə dəvət etdilər və mən bu təklifi qəbul etdim. Mən komandada keçirdiyim vaxtlardan çox həzz almışam. Komanda daxilində abu-hava və eləcə də oyunçular və məşqçi çox əladır. Mən o vaxtdan bəri heyətin bir hissəsiyəm".
"Dünya Çempionatında iştirak edə bilmək xəyallarımın gerçəkləşməsi deməkdir, çünki mən kiçik qız olduğum vaxtlardan bəri bu həyəcanı yaşamaq iştəmişəm"
Gələcək planlarına gəldikdə isə, onun bu barədə heç bir tərəddüdü yoxdur: "Mənim bu komandadan çox xoşum gəlir və hətta qardaşım ABŞ millisində oynasa belə, mən meksikalılar üçün tər tökəcəm. Bu mənim qəti qərarımdır".
Hələ ki, onun qərarı özünü doğruldur. Belə ki, CONCACAF ölkələri üzrə U-17 turnirində üçüncü yerə sahib olmaqla, meksikalılar Azəbaycanda çempionluğa iddialı 16 komanda arasındadırlar və Sintiya da Azərbaycandakı turnirdə iştirak etmək üçün verdiyi qərardan çox razıdır.
Əsas tapşırıq
"Dünya Çempionatında iştirak edə bilmək xəyallarımın gerçəkləşməsi deməkdir, çünki mən kiçik qız olduğum vaxtlardan bəri bu həyəcanı yaşamaq iştəmişəm" deyə o, qeyd edir. "Burda olub bu turnirdə iştirak etmək mənim üçün böyük əhəmiyyət kəsb edir və mən komandamızın turnirdə çox irəlilərə gedə biləcəyinə ümid edirəm".
Lakin çərşənbə günü Meksikanın Braziliyaya 1-0 hesabı ilə məğlub olduğu oyunda Byankanın son dəqiqələrdə vurduğu qol bu ümidlərə zərbə oldu və bu nəticə sonrası onlar indi Braziliya ilə qrupda hərəyə üç xal bölüşürlər və favorit Yaponiyalılara qarşı turun son oyunundan üç xal əldə etməlidirlər.
"Aydındır ki, Braziliyaya qarşı oyunumuz istədiyimiz kimi alınmadı" deyə o, səsindəki məyusluqla qeyd edir. "Növbəti oyun üçün biz bəzi şeyləri dəyişməliyik".
Meksikalılar üç xalı turun ilk oyununda Yeni Zellandiyaya qarşı keçirdikləri 1-0 hesablı çətin oyundan əldə etdilər, lakin Yeni Zellandıyalıların qapıçısı Lily Alfeldin mükəmməl performansı olmasaydı bu hesab acınacaqlı ola bilərdi.
Ötən iki oyunlardakı performanslarını götür-qoy edərək Pinedo qeyd edir: "Biz Yeni Zellandiyaya qarşı oyunda təhlükəsiz oyun oynaya bilmədik və qol şanslarından yetərincə yararlanmadıq, Brazilyaya qarşı oyuna gəldikdə isə biz topa daha çox yiyələnməli və daha çox təhlükəli anlar yaratmalı idik. Yaponiyanı məğlub etmək istəyiriksə, biz müdafiə xəttini gücləndirməli və topa yiyələnməni artırmalıyıq".
Meksikalıların gənc yaponlara qarşı tapşırığı heç də asan deyil, lakin onların stimul baxımından problemləri yoxdur. Onlar Trinidad və Tobaqo 2010-da bu turnirdəki ilk iştiraklarında qrup mərhələsini keçə bilməmişlər və o erkən gedişin əvəzini çıxmaq və Azərbaycanda yeni şanlı səhifə yazmaq imkanı Pinedo və onun komanda yoldaşlarını qələbəyə stimullaşdırıb.
"Bizim bunu etməyə imkanımız var və biz bu oyunda bütün bacarığımızı ortaya qoymalıyıq" deyə söhbətini ehtiraslı notlarla başa vuraraq Pinedo bildirir.
