29 sentyabr 2012 11:03
“Yalnız qələbə üçün oynayacağıq” (VİDEO)
Futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasının 7-ci turunda səfərdə "Sumqayıt"la qarşılşacaq "Bakı" hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, tam heyətlə məşqə çıxan komanda baş məşçqi Bojidar Bandoviçin tapşırıqlarını böyük həvəslə yerinə yetiriblər.
"Bakı" futbol klubunun təlim-məşq bazasının stadionunda baş tutan məşqdə taktiki və fiziki təmrinlər üzərində çalışan futbolçuların yüksək əhval-ruhiyyədə olduqları diqqətlərdən yayınmayıb.
Komandanın baş məşqçisi Bojidar Bandoviç, müdafiəçi İbrahim Karqbo və yarımmüdafiəçi Rəhman Hacıyev klub televiziyasına verdikləri müsahibədə bu turu qələbə ilə başa vurmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.
Xatırladaq ki, "Sumqayıt" - "Bakı" qarşılaşması 30 iyun 2012-ci il tarixdə Sumqayıt şəhərində baş tutacaq. Oyun saat 16:00-da başlayacaq.
